Azərbaycan məhsulları “Fruit logistica” sərgisində nümayiş etdiriləcək

Azərbaycan məhsulları “Fruit logistica” sərgisində nümayiş etdiriləcək
# 05 fevral 2018 11:39 (UTC +04:00)

Fevralın 7-dən 9-dək Almaniyanın Berlin şəhərində "Fruit Logistica" meyvə-tərəvəz sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgidə dünyanın 84 ölkəsindən 3000-dən çox şirkətin iştirakı nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair fərmanına uyğun olaraq, "Fruit Logistica" meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR