Prezident İlham Əliyev “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Sərəncama əsasən, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanını ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Cəmiyyətin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.
Müşahidə Şurasının sədri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Müşahidə Şurasının üzvləri
Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri
Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.
Nazirlər Kabineti Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan İnvestisiya Holdinqi Cəmiyyətin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanları üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq eməli, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Eyni zamanda “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli sərəncamda da dəyişiklik edilib və Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Cəmiyyətin yenidən təşkili və ləğvi;
Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
İcra orqanının üzvlərinin, o cümlədən onun rəhbərinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
Müəyyən edilib ki, Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- Qeyd edilənlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
“Təmiz Şəhər” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib - SƏRƏNCAM
© APA | Prezident İlham Əliyev
Rəsmi xəbər
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib
Xəbər Lenti
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilir
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
İran ordusu regional infrastruktura hücumlarla bağlı xəbərdarlıq edib: Hörmüz boğazı “qırmızı xətt”imizdir
"Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Əlcəzairdə internatda yanğın baş verib, 11 nəfər ölüb
Hakan Fidan Ukraynada Sibiqa ilə görüşüb
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi "Baku Steel Company"nin dəstəyi ilə yenilənəcək