Ambulator müalicə zamanı istifadə edilən dərmanlar tibbi sığortanın baza zərfinə daxil edilə bilər

Ambulator müalicə zamanı istifadə edilən dərmanlar tibbi sığortanın baza zərfinə daxil edilə bilər
# 27 noyabr 2017 08:32 (UTC +04:00)

“Növbəti ildə icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin təkmilləşdirilməsini düşünürük”.

APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib.

Dövlət Agentliyinin direktoru qeyd edib ki, ambulator müalicə zamanı istifadə edilən dərman preparatları icbari tibbi sığortanın baza zərfinə daxil edilə bilər: “Artıq bu istiqamətdə qiymətləndirmə işlərinə başlanılıb. Növbəti ildə ambulator müalicə zamanı ən vacib dərman preparatlarının baza zərfinə daxil edilməsi nəzərdən keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR