SKMF-nin vəsaitlərinin 3,5%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib

SKMF-nin vəsaitlərinin 3,5%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib
# 08 fevral 2018 06:17 (UTC +04:00)

2017-ci ildə Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 1953 layihənin icrası üçün 146 mln. manat məbləğində güzəştli kredit verilib.

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 1875 layihənin reallaşması üçün ayrılan 20 mln. 189 min manat kiçik həcmli kreditləri, 41 layihənin icrasına verilən 8 mln. 941 min manat orta həcmli kreditləri, 37 layihənin həyata keçirilməsinə ayrılan 116 mln. 870 min manat isə böyük həcmli kreditləri əhatə edib.

Ötən il sahibkarlara ayrılan 33 mln. 663,5 min manat müxtəlif sənaye məhsullarının istehsalı və emalına (68 layihə), 3 mln. 356 min manat kənd təsərrüfatı məhsullarının emalına (11 layihə), 93 mln. 625,5 min manat kənd təsərrüfatı məhsullarının istehsalına (1860 layihə), 4 mln. 875 min manat turizmin inkişafına (8 layihə), 1 mln. 48 min manat isə xidmət (infrastruktur) sahələrinin inkişafına (6 layihə) yönəldilib.

Başqa sözlə, ötən il sahibkarlara verilən kreditlərin 3,5%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 0,6%-i kənd təsərrüfatı məhsullarının emalına, 95,2%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 0,4%-i turizmin inkişafına, 0,3%-i xidmət (infrastruktur) sahələrinin inkişafına yönəldilib.

Ümumiyyətlə, SKMF tərəfindən ötən il layihələrin icrasına ayrılan güzəştli kreditlər hesabına 6 591 yeni iş yerinin yaradılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR