TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub

TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub
# 26 iyul 2017 15:45 (UTC +04:00)

Katerina Papaleksansdri TAP-ın Yunanıstan üzrə meneceri təyin olunub.

TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, menecer bu ilin sentyabr ayından etibarən öz vəzifəsinin icrasına başlayacaq.

K. Papaleksansdri Riçard Skufiası əvəzləyəcək.

K. Papaleksansdrinin energetika sahəsində 20 illik iş təcrübəsi var. O, TAP konsorsiumuna 1998-ci ildən işlədiyi və bir sıra rəhbər vəzifələrdə işlədiyi BP-dən qoşulub.

2015-ci ildən etibarən K. Papaleksansdri "Cənub Qaz Dəhlizi" QSC-də baş kommersiya meneceri kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR