Göyçay sakini qardaşını bıçaqlayıb

Göyçay sakini qardaşını bıçaqlayıb
# 22 may 2018 10:23 (UTC +04:00)

Göyçay rayonunda ailə münaqişəsi zamanı qan tökülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Bakı küçəsində yaşayan Araz Məhərrəmov ailə münaqişəsi zəmnində qardaşı, 1962-ci il təvəllüdlü Ədalət Məhərrəmovu bıçaqlayıb. Ağır xəsarət alan Ə. Məhərrəmov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR