Brent markalı neftin qiyməti 57 dollara yaxınlaşır

Brent markalı neftin qiyməti 57 dollara yaxınlaşır
# 11 oktyabr 2017 07:11 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,29% artaraq 51,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,16% artaraq 56,70 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR