Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakinləri Ş.Quliyevin idarə etdiyi “Mercedes” və S.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.