İrəvanda qadını girov götürən şəxs ABŞ-dan deportasiya edilibmiş

İrəvanda qadını girov götürən şəxs ABŞ-dan deportasiya edilibmiş
# 30 avqust 2017 00:31 (UTC +04:00)

İrəvanda qadını girov götürən şəxs polis əməkdaşlarından vəkil və 5 nəfərin yanına buraxılmasını tələb edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Lakin polis əməkdaşları danışıqların uğursuz olması səbəbindən 31 yaşlı Qor Akopyanı zərərsizləşdirmək qərarına gəliblər. Polis snayperinin açdığı atəş nəticəsində ağır yaralanan Q.Akopyan xəstəxanada keçinib.

“Pastinfo”nun məlumatına görə, Akopyan bir müddət əvvəl ABŞ-dan deportasiya edilibmiş.

“Bıçaqla silahlanmış şəxs 1993-cü il təvəllüdlü qadına xəsarətlər yetirərək, fəaliyyət göstərməyən “Vikend” bilyard klubunda girov saxlayıb. Bundan əvvəl o, obyektin şüşələrini sındıraraq, içəridəki əmlaka ciddi ziyan vurub. Akopyan bıçağı qadının boğazına dirəyərək, vəkil və 5 vətəndaşın yanına buraxılmasını tələb edib. Əks halda qadını qətlə yetirəcəyi ilə hədələyib”, - deyə məlumatda bildirilir.

Azad edilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun bədənində, xüsusən boğaz nahiyəsində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri, çoxsaylı küt travmalar və sınıq xəsarəti müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR