Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib
# 18 avqust 2017 15:24 (UTC +04:00)

Bakıda 4 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR