AZPROMO və CCPIT arasında Anlaşma Memorandumu imzalanıb

AZPROMO və CCPIT arasında Anlaşma Memorandumu imzalanıb
# 01 avqust 2017 16:10 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) təmsilçiləri arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanın biznes imkanları, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yerli məhsulların Çinə ixracı, həmçinin investisiya, tranzit, logistika sahəsində qarşılıqlı əməkdaşlıq potensialını diqqətə çatdırıb. Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğu vurğulanaraq, ötən ilin noyabr ayında bu ölkəyə həyata keçirilən ixrac missiyası barədə məlumat verilib.

Çin Xalq Siyasi Məsləhət Şurasının daimi üzvü Van Çifey Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüş çərçivəsində tərəflər arasında iki ölkənin ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi, eləcə də ixracın və xarici sərmayələrin təşviqini, təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR