Gürcüstanda yeni enerji naziri təyin olunub

Gürcüstanda yeni enerji naziri təyin olunub
# 12 iyul 2017 09:31 (UTC +04:00)

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İlya Eloşvilini energetika naziri təyin edib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, İlya Eloşvili keçmiş energetika naziri Kaxa Kaladzenin müavini olub.

Qeyd edək ki, Kaxa Kaladze hakim “Gürcü Arzusu” partiyasından Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürüldüyünə görə nazir postundan istefa verib. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilun oktyabr ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR