“Real”ın hücumçusu rekord məbləğə “Çelsi”yə keçib

“Real”ın hücumçusu rekord məbləğə  “Çelsi”yə keçib
# 19 iyul 2017 20:04 (UTC +04:00)

“Real”ın hücumçusu Alvaro Morata “Çelsi”yə keçib. Apasport.az xəbər verir ki, bu barədə hər iki klub rəsmi məlumat yayıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 80 milyon avroya başa gəldiyi yazılıb.

Yaxın günlərdə Morata “Real”ın Los-Ancelesdəki düşərgəsini tərk edib “zadəganlar”a qoşulacaq.

Qeyd edək ki, 80 milyon avro bir ispaniyalı futbolçuya ödənmiş ən yüksək məbləğdi. Bundan öncəki rekord isə 2011-ci ildə “Çelsi”dən “Liverpul”a 58 milyona keçən Fernando Torresə məxsus idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR