Bu il Azərbaycan buğda idxalını 54% artırıb

Bu il Azərbaycan buğda idxalını 54% artırıb
# 13 aprel 2018 08:05 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 55 mln. 220,27 min ABŞ dolları dəyərində 316 131,69 ton buğda idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 110 858,94 ton və ya 54,0% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 16 mln. 995,31 min dollar və ya 44,46% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 38 mln. 224,96 min dollar dəyərində 205 min 272,75 ton buğda idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,52%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR