"Bank VTB (Azərbaycan)"ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

"Bank VTB (Azərbaycan)"ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
# 21 iyul 2017 08:50 (UTC +04:00)

Avqustun 28-də "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.


İclasın gündəliyinə bankın Müşahidə Şurasının tərkibi, eləcə də bankın cari sövdələşmələri haqqında məsələlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR