Ötən ay vətəndaşlar yaşayış yeri haqqında 2 300-dən çox elektron arayış əldə edib - FOTO

Ötən ay vətəndaşlar yaşayış yeri haqqında 2 300-dən çox elektron arayış əldə edib - <span style="color: red;">FOTO
# 04 avqust 2015 13:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Yaşayış yeri haqqında arayışın elektronlaşdırılması vətəndaşların işini asanlaşdırıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hökumət” portalı üzərindən göstərilən “Yaşayış yeri haqqında arayış” elektron xidmətindən iyul ayı ərzində 2 316 dəfə istifadə olunub.

Elektron arayışları elektron şəkildə istənilən təşkilata göndərmək və ya çap edərək aidiyyəti quruma təqdim etmək mümkündür.

Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod və ştrix-kod ilə təsdiq edilir, eyni zamanda, e-arayışın mövcudluğu portal vasitəsi ilə yoxlanıla da bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR