Göldə balıq tutan şəxs cərəyan vurması nəticəsində ölüb

Göldə balıq tutan şəxs cərəyan vurması nəticəsində ölüb
# 18 avqust 2017 15:55 (UTC +04:00)

Xocalı sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy rayonunun Hacallı kəndində qeydə alınıb. Göldə balıq tutan Xocalı rayon sakini, 1977-ci il təvəllüdlü Həmidov Eldəniz Sabir oğlu cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR