Bağdad Türkiyə və İranı Şimali İraqla ticarəti dayandırmağa çağırıb

Bağdad Türkiyə və İranı Şimali İraqla ticarəti dayandırmağa çağırıb
# 08 oktyabr 2017 08:28 (UTC +04:00)

İraq hökuməti Türkiyə və İranı Şimali İraq Kürdüstan Muxtariyyəti ilə ticarəti dayandırmağa çağırıb.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, İraq Xarici İşlər Nazirliyi yazılı bəyanatında Türkiyə v İranın Şimali İraqdakı sərhəd-keçid məntəqələrini bağlamasını da istəyib.

İraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri rəsmi Əhməd Mahcur müraciətin Türkiyə və İranın Bağdaddakı səfirliyinə təqdim olunduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR