ABŞ İrana qarşı sanksiyaları genişləndirəcək

ABŞ İrana qarşı sanksiyaları genişləndirəcək
# 06 iyun 2018 05:44 (UTC +04:00)

“İran davranışını dəyişməzsə ABŞ ona qarşı sanksiyaları daha da genişləndirəcək”. APA-nın xəbərinə görə, bunu ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker deyib.

“Sanksiyalarımızın təsiri getdikcə artacaq və rejim kursunu dəyişməzsə - daha şiddətli olacaq”, - deyə Mandelker vurğulayıb.

O həmçinin ABŞ-ın bütün tərəfdarlarını birləşməyə və İrana qarşı yeni sanksiyaların tətbiqinə qoşulmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR