Bakıda liftdə qalan iki nəfər xilas olunub

Bakıda liftdə qalan iki nəfər xilas olunub
# 19 may 2018 16:17 (UTC +04:00)

Bakıda liftdə qalan iki nəfər xilas olunub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR