Silahlı Qüvvələrdə 70 şəxs korrupsiyaya görə məsuliyyətə cəlb edilib

Silahlı Qüvvələrdə 70 şəxs korrupsiyaya görə məsuliyyətə cəlb edilib
# 26 iyul 2018 12:58 (UTC +04:00)

Silahlı Qüvvələrdə 70 nəfər korrupsiya faktları ilə bağlı məsuliyyətə cəlb edilib.

APA-nın məlumatına görə, bunu respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

X. Vəliyev keçirdiyi əməliyyat müşavirəsində bildirib ki, hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR