Somalinin paytaxtında partlayış baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Somalinin paytaxtında partlayış baş verib, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 05 avqust 2017 01:28 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobil partladılıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

İyulun 30-da Moqadişoda polis məntəqəsu qarşısında törədilən partlayş nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanmışdı.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

***

20:52

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə minalanmış avtomobil partladılıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Minalanmış avtomobil xəstəxananın qarşısında partladılıb. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR