Bir neçə yaşayış məntəqəsinin su təchizatı məhdudlaşdırılır

Bir neçə yaşayış məntəqəsinin su təchizatı məhdudlaşdırılır
# 25 sentyabr 2017 08:37 (UTC +04:00)

Bu gün üç rayonda içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar sentyabrın 25-də gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR