XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirdiyi görüşlə bağlı məlumat yayıb

XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirdiyi görüşlə bağlı məlumat yayıb
# 12 iyul 2017 10:46 (UTC +04:00)

Xarici işlər nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyulda Brüsseldə keçirdiyi görüşlə bağlı məlumat yayıb. Xarici işlər nazirliyindən APA-ya verilən məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Məlumatda deyilir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR