Rusiya ilə sərhəddə nişanların yerlərinin müəyyənləşdirilməsi başa çatdırılıb

Rusiya ilə sərhəddə nişanların yerlərinin müəyyənləşdirilməsi başa çatdırılıb
# 05 fevral 2018 07:06 (UTC +04:00)

“Azərbaycan - Rusiya Birgə Demarkasiya Komissiyasının 2017-ci il 17 aprel tarixində Bakı şəhərində imzalanmış Protokoluna əsasən, dövlət sərhədinin demarkasiyası ilə bağlı geodeziya, topoqrafiya və kartoqrafiya təminatını yerinə yetirmək üçün Azərbaycanın Rusiya ilə dövlət sərhədinin Samur çayı üzrə 49 nömrəli delimitasiya nöqtəsindən 66 nömrəli delimitasiya nöqtəsinə qədər sərhəd nişanlarının yerlərdə (naturada) müəyyənləşdirilməsi başa çatdırılıb, həmin nişanların koordinatları təyin olunub və hər iki dövlətin komissiyaları tərəfindən təsdiqlənib”.


APA-nın xəbərinə görə, bu barədə 2017-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülmüş işlərin hesabatında bildirilib.

Hesabat dövründə ərazi vahidlərinin, inzibatı ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin sərhədlərinin, milli parkların və dövlət təbiət qoruqlarının sanitariya mühafizə zonalarının müəyyənləşməsi və xəritələrinin hazırlanması sahəsində işlər tamamlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib: “Astara, Göygöl, Oğuz, Biləsuvar, Qusar, Zaqatala, Samux, Şəmkir və Şəki rayonlarda meşə fonduna aid olmayan meşə ilə örtülü sahələr və dövlət meşə fonduna aid olan əkinə yararlı ərazilərin əvəzləşdirilməsi Rayon İcra Hakimiyyətlərinin sərəncamları ilə təsdiqlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR