Honq Konq polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Honq Konq polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
# 01 yanvar 2020 06:28 (UTC +04:00)

Honq Konq polisi çərşənbə axşamı gecə Yeni il gecəsi razılaşdırılmamış küçə etirazlarına start verən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

APA TASS-a istinadən xəbər verir ki, gənclərdən ibarət radikallar Monq Kok bölgəsinə toplaşıblar.

Nümayişçilər yolu kəsərək barrikadalar qurmağa çalışıblar. Şəhər yollarındakı işıqforlar sındırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılardan bir neçə nəfəri saxlayıb.

Etirazçıların yanvarın 1-də günortadan sonra nümayiş keçirməyi planlaşdırdıqları bildirirlir.

Qeyd edək ki, Honq Konqda etirazlara səbəb yerli hakimiyyət orqanlarının Çinin tabeliyinə verilməsini özündə əks etdirən qanun layihəsinin təklif edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR