Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2018 07:53 (UTC +04:00)

Prezident İlham Əliyev aprelin 3-də Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hüquq mühafizə orqanları, o cümlədən Ədliyyə nazirlikləri arasında sıx əməkdaşlığın ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunularaq bildirilib ki, Əbdülhəmid Gülün Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR