Tərtərdə 17 yaşlı qız itkin düşüb - FOTO

Tərtərdə 17 yaşlı qız itkin düşüb - FOTO
# 18 dekabr 2019 11:49 (UTC +04:00)

Tərtərdə 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, 2002-ci il təvəllüdlü Fatma Məmmədova noyabrın 30-da yaşadığı Tərtər rayonunda yerləşən evdən çıxaraq bir daha geri qayıtmayıb.

Nazirlik itkin düşən şəxsin fotosunu da APA-ya təqdim edib.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinə 022-236-30-34 və (055) 211-66-36 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR