Gələn il “SOCAR Polymer” zavodu 120 min ton polietilen istehsal edəcək

Gələn il “SOCAR Polymer” zavodu 120 min ton polietilen istehsal edəcək
# 06 fevral 2018 10:27 (UTC +04:00)

“SOCAR Polymer”in Yüksək Sıxlıqlı Polietilen (YSPE) Qurğusu üzrə işlərin ümumilikdə 87,7%-i icra olunub.

"APA-Economics"in məlumayına görə, bunu "SOCAR-Polymer" şirkətinin planlama şöbəsinin müdiri Vüqar Aslanov bu gün Bakıda "Sənayedə yerli xammaldan idxalı əvəz edən istehsalın genişlənməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda detallı mühəndislik, satınalma işləri 99,7%, istehsal və çatdırılma 97,8%, tikinti 70,3% tamamlanıb.

O bildirib ki, qurğu bu il 20-24 min ton məhsul istehsal edəcək: “Gələn il isə müəssisə tam gücündə fəaliyyət göstərəcək və ildə 120 min ton məhsul istehsal edəcək: Qurğunun bu ilin III rübündə, sentyabr ayında işə düşəcəyi nəzərdə tutulub”.

V.Aslanov qeyd edib ki, "Azərikimya"nın Etilen-Polietilen Zavodunda planlı dayanma işlərinin həyata keçirilməsi ilə əlaqədar oktyabr ayından noyabrın 15-dək YSPE zavodunda da planlı dayanma olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR