Əbdül Fəttah əs-Sisi ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb

Əbdül Fəttah əs-Sisi ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb
# 19 yanvar 2018 23:00 (UTC +04:00)

Misir prezidenti Əbdül Fəttah əs-Sisi rəsmən ikinci müddətə namizədliyini irəli sürdüyünü bildirib.

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı özünün “Twitter” səhifəsində yazıb.

Misirdə növbəti prezident seçkiləri martın 26-dan 28-dək keçiriləcək. Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq.

Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 26-28 apreldə baş tutacaq.

Qeyd edək ki, Əbdül Fəttah əs-Sisi 2014-cü ilin mayında prezident postuna seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR