Gürcüstan DİN: Gölə düşən vertolyot 2 gün əvvəl yoxlamadan keçib - FOTO - VİDEO - YENİLƏNİB

Gürcüstan DİN: Gölə düşən vertolyot 2 gün əvvəl yoxlamadan keçib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 27 avqust 2017 11:29 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Sərhəd Polisinin “Mi-8” vertolyotunun suya düşməsi ilə bağlı rəsmi məlumat yayıb.

APA-nın yerli bürosunun DİN-ə istinadla verdiyi məlumata əsasən, vertolyot süni göldən su götürərkən qəzaya uğrayıb.

Pilotların peşəkarlığı və operativliyi sayəsində böyük faciənin qarşısı alınıb. Vertolyotun 4 heyət üzvü Tbilisidə xəstəxanaya yerləşdirilib, həyatları təhlükə altında deyil. DİN-in məlumatında qeyd olunub ki, “Mi-8” vertolyotu avqustun 25-də yoxlamadan keçirilib və onun mühərriki tam qaydasında olub.

DİN faktla bağlı istintaqa başlayıb.

***

saat 11.27

Gürcüstan Dövlət Sərhəd Xidmətinin Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınların söndürülməsində iştirak edən vertolyotu suya düşüb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, vertolyotun heyəti xəsarət almayıb.

Bu, Gürcüstan Dövlət Sərhəd Xidmətinin meşə yanğınlarının söndürülməsində istifadə edilən yeganə vertolyotu olub. Vertolyotun düşdüyü əraziyə Azərbaycan yanğınsöndürmə briqadası da daxil olmaqla, bir neçə briqada göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR