Qusarda baş verən yanğında bir nəfər xəsarət alıb

Qusarda baş verən yanğında bir nəfər xəsarət alıb
# 26 avqust 2015 09:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Qusarda baş verən yanğında bir nəfər xəsarət alıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 25-də Qusar rayonunun Avaran kənd sakini Azər Kərimova məxsus 2 mərtəbəli evdə qeydə alınıb.

Nəticədə 150 kvm. sahədə evin yanar konstruksiyaları və dam örtüyü yanıb, xəsarət alan A.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR