Çində avtobus çaya düşüb, 8 nəfər ölüb

Çində avtobus çaya düşüb, 8 nəfər ölüb
# 02 aprel 2017 19:02 (UTC +04:00)

Çinin Quyçjou əyalətində ağır yol qəzası baş verib.

APA-nın "Sputnik"-ə istinadən verdiyi xəbərə görə, hadisə Pintzsyan şəhərində qeydə alınıb.

Naməlum səbəbdən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və çaya düşüb. Nəticədə sürücü daxil olmaqla 8 nəfər ölüb.

Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR