Qubada məktəb binası qəzalı vəziyyətə düşüb

Qubada məktəb binası qəzalı vəziyyətə düşüb
# 17 oktyabr 2017 14:55 (UTC +04:00)

Qubanın Qımıl kəndində şəhid Alimşah Tahirovun adını daşıyan kənd məktəbinin 3 korpusundan ikisi qəzalı vəziyyətdədir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu ayın əvvəlində Quba rayonunda baş verən zəlzələdən sonra məktəb binasındakı çatlar böyüyüb. İbtidai sinif şagirdləri 2006-cı ildə yeni tikilən korpusda təhsil alsalar da, yuxarı sinif şagirdləri bu imkandan məhrumdurlar. Korpuslardan biri 1935-ci ildə, digəri isə 1980-ci illərdə istifadəyə verilib.

Kənd məktəbinin direktoru İsa Bayramov bildirib ki, iki korpusun istifadə müddəti bitib: “Binalar qəzalı vəziyyətə düşüb, ayın əvvəlində baş verən zəlzələ də bu prosesi sürətləndirib”.

Quba rayon Təhsil Şöbəsindən verilən məlumata görə, həmin kənddə yeni məktəb binasının tikintisi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR