"PAŞA Yatırım Bankası” 30 mln. lirəlik istiqraz satıb

"PAŞA Yatırım Bankası” 30 mln. lirəlik istiqraz satıb
# 26 sentyabr 2017 07:11 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” nominal dəyəri 27 mln. lirə, müddəti 171 gün olan istiqrazlar üzrə borcunun ödənməsi prosesini yekunlaşdırıb.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat bankın yaydığı açıqlamada yer alıb.

Bundan başqa, "PAŞA Yatırım Bankası” nominal dəyəri 30 mln. lirə, müddəti 119 gün olan istiqrazların xüsusi səhmdarlara satışı prosesini də tamamlayıb. Bu istiqrazlar üzrə son ödəniş müddəti 2018-ci ilin yanvarın 22-nə təsadüf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR