Azərbaycana gətirilən avtomobillərin sayı 70% artıb

Azərbaycana gətirilən avtomobillərin sayı 70% artıb
# 20 oktyabr 2017 10:42 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 6 643 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 737 ədəd avtomobil və ya 70,07% artıb.

Ölkəyə gətirilən avtomobillərin 138 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 5 783 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 670 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 52 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR