Benqazidə iki terror aktı törədilib

Benqazidə iki terror aktı törədilib
# 23 yanvar 2018 22:20 (UTC +04:00)

Liviyanın Benqazi şəhərinin Salman rayonunda 30 dəqiqəlik itervalla iki minalanmış avtomobil partladılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, partlayışlar şəhərin ən böyük məscidinin qarşısında, dindarlar binadan çıxan zaman törədilib.

Birinci partlayış nəticəsində 3 nəfər ölüb, ikinci partlayış isə 6 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR