Bakıda doğum evində baş verən ana və uşaq ölümü Doğuşayardım Komissiyasında araşdırılacaq

Bakıda doğum evində baş verən ana və uşaq ölümü Doğuşayardım Komissiyasında araşdırılacaq
# 09 avqust 2017 10:28 (UTC +04:00)

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana və körpə ölümünün səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasında araşdırılacaq. Komissiyanın sədri Sevinc Məmmədova APA-ya bildirib ki, qeydiyyatda olmayan hamilə qadın- 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun sözlərinə görə, 32 həftəlik hamilə qadının bətnində döl ölü vəziyyətdə olub: “Həkimlərin səyinə baxmayaraq ana və körpəni xilas etmək mümkün olmayıb. Ölümün səbəblərini araşdırmaq üçün ana və körpənin meyiti ekspertizaya göndərilib. Nazirliyin Doğuşayardım Komissiyasına təşrihin nəticələri və materiallar daxil olduqdan sonra ölümün əsas səbəbləri məlum olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR