Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib
# 30 iyul 2018 17:25 (UTC +04:00)

Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.

APA-nın məlumatına görə, X. Mirzəzadə uzun müddət xəstəlikdən əziyyət çəkib.

X. Mirzəzadə öz evində vəfat edib.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 50-dək artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR