Xeyli miqdarda aksiz markasız arağın ölkəyə gətirilməsinin qarşısı alınıb

Xeyli miqdarda aksiz markasız arağın ölkəyə gətirilməsinin qarşısı alınıb
# 30 iyul 2018 14:01 (UTC +04:00)

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana sərnişin daşıyan "Mercedes-Benz 0403" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Gürcüstan vətəndaşı Turan Nabiyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 7 ədəd sellofan torbada cəmi 95 ədəd 1 litrlik müxtəlif adda araqlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR