ABŞ-ın Luiziana ştatında baş verən dağıdıcı tornado nəticəsində 30 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yeni Orlean şəhərinin meri Mitç Lendryu bildirib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, təbii fəlakət nəticəsində Yeni Orleanda 300-dək ev dağılıb, təxminən 10 min evin elektrik enerjisi kəsilib.