Gəncə sakini Göygöldə qətlə yetirilib

Gəncə sakini Göygöldə qətlə yetirilib
# 02 sentyabr 2017 08:27 (UTC +04:00)

Göygöl rayonunda qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıməlikli kəndi ərazisində qeydə alınıb. Gəncə sakini 1986-cı il təvəllüdlü Məmmədov Tural Faləddin oğlu bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR