ATƏT/DTİHB-nun uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən fəaliyyətə başlayacaq

ATƏT/DTİHB-nun uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən fəaliyyətə başlayacaq
# 09 mart 2018 13:52 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri izləyəcək uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən işə başlayacaq.

APA-nın məlumatına görə, bu barədə qurumun yaydığı press-relizdə deyilir.

Koryan Yonkerin rəhbərlik etdiyi uzunmüddətli missiyaya Bakıda 10 daimi və ölkə boyunca 20 ekspert daxildir.

Press-relizdə deyilir ki, əlavə olaraq seçki günü prosesi izləmək üçün 280 nəfərlik qısamüddətli missiya işə başlayacaq.

Uzunmüddətli missiya namizədlərin qeydiyyatı prosesi, kompaniyaların aparılması, seçki administrasiyası və müvafiq dövlət qurumlarının işi, hüquqi çərçivəyə əməl olunması və seçki mübahisələrinin həllini müşahidə edəcək.

Müşahidəyə mediada kampaniyaların işıqlandırılması da daxil olacaq.

Müşahidə çərçivəsində missiya müxtəlif qurumların nümayəndələri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin üzvləri, media və beynəlxalq ictimaiyyat təmsilçiləri ilə görüşəcəklər.

Seçki günü missiya səsvermə məntəqələrinin açılışı, səsvermə, bülletenlərin hesablanması prosesini izləyəcək.

Seçki günü missiyaya ATƏT PA və AŞPA-nın nümayəndə heyəti də qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR