Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb - SİYAHI

Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb - <span style="color: red;">SİYAHI
# 12 yanvar 2017 15:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əliyeva Zərrin Tahir qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

İbrahimov Murad Aydın oğlu – Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Hacıyev Mahir Yaqub oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Elçin Nəriman oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR