Cənub bölgəsində modul tipli məktəblərin tikintisinə 5,17 milyon manat ayrılıb - SİYAHI

Cənub bölgəsində modul tipli məktəblərin tikintisinə 5,17 milyon manat ayrılıb - <span style="color: red;">SİYAHI
# 09 aprel 2018 17:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 manatı Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Cəlilabad rayonu Türkelli kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

310 000

2

Cəlilabad rayonu Qarağac kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

3

Cəlilabad rayonu Ağusəm kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

4

Cəlilabad rayonu Oğrubulaq kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

5

Cəlilabad rayonu Hacıməmmədli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

6

Cəlilabad rayonu Lallar kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

7

Cəlilabad rayonu Hacıcavad kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

8

Cəlilabad rayonu Ətcələr kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

9

Cəlilabad rayonu Ləzran kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

10

Cəlilabad rayonu Suluçeşmə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

11

Masallı rayonu Şıxlar kənd 2 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

12

Masallı rayonu Bala Təklə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

13

Yardımlı rayonu Şıxlar kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

390 000

14

Yardımlı rayonu Bilnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

15

Yardımlı rayonu Avun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

Cəmi

5 177 000

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR