Goranboy sakini sirkə turşusundan zəhərlənib

Goranboy sakini sirkə turşusundan zəhərlənib
# 18 avqust 2017 08:43 (UTC +04:00)

Goranboyda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1988-ci təvəllüdlü Zəminə İsmayılova sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR