"Yeni Şafak": Almaniyada FETÖ-nün imamı Adil Öksüzün yaxalanması barədə qərar çıxarılıb

"Yeni Şafak": Almaniyada FETÖ-nün imamı Adil Öksüzün yaxalanması barədə qərar çıxarılıb
# 01 dekabr 2017 10:53 (UTC +04:00)

Almaniya hüquq-mühafizə orqanları Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinə rəhbərlik etmiş şəxslərdən biri - hazırda mühacirətdə olan Adil Öksüzün yaxalanması ilə bağlı qərar çıxarıb.

APA-nın Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya federal kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.

FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan A. Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən terrorçular siyahısında “qırmızı kateqoriya”ya daxil edilib. İyulun 15-də saxlanılan və ertəsi gün şərti azadlığa buraxılan A. Öksüzün Almaniyaya qaçdığı bildirilir.

FETÖ-nün “sirr dağarcığı” hesab olunan A. Öksüzün yeri barədə məlumat verən şəxsə Türkiyə dövləti 4 milyon lirə mükafat vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR