Cənubi Koreya prokurorluğu sabiq prezidentə qarşı ittiham irəli sürəcək

Cənubi Koreya prokurorluğu sabiq prezidentə qarşı ittiham irəli sürəcək
# 16 aprel 2017 23:40 (UTC +04:00)

Bu gün Cənubi Koreya Respublikasının prokurorluğu vəzifəsindən kənarlaşdırılan sabiq prezident Pak Kın Xeyə qarşı rəsmi ittiham irəli sürəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xe martın 30-da həbs edilib.

O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur. Tsoy Sun Sil prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreya korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.

Qeyd edək ki, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. Hazırda ölkədə prezident səlahiyyətlərini baş nazir Xvan Qe An icra edir. Cənubi Koreyada növbədənkənar prezident seçkiləri mayın 9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR