Göygöldə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Göygöldə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
# 10 yanvar 2020 12:58 (UTC +04:00)

Göygöldə piyadanı vuraraq qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 8-də saat 21 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini M.İsgəndərov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-217030” markalı avtomobilin sürücüsü S.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR