İqtisadiyyat naziri Türkiyə, Gürcüstan və Qazaxıstan nümayəndə heyətinin rəhbərləri ilə görüşüb

İqtisadiyyat naziri Türkiyə, Gürcüstan və Qazaxıstan nümayəndə heyətinin rəhbərləri ilə görüşüb
# 06 fevral 2018 13:59 (UTC +04:00)

Bu gün Pekində keçirilmiş "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin Nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək ilə keçirilmiş ikitərəfli görüşdə 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin 16% artdığı, qarşılıqlı investisiya qoyuluşlarının davam etdiyi, Türkiyənin də iştirakçısı olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyi, digər layihələr üzrə işlərin davam etdirildiyi məmnunluqla vurğulanıb, Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti və genişləndirilməsi, nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın, ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

Ş. Mustafayevin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşündə iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi, birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əlaqələrin inkişafında əhəmiyyəti qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən Ş. Mustafayev Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Ş. Mustafayevin Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar ilə keçirilmiş görüşündə ölkələr arasında iqtisadi-ticarət, investisiya sahəsində əlaqələr, nəqliyyat-tranzit əməkdaşlığı, iş adamları arasında əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib, əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR